Rusiyanın Severodonetskini tutması müharibənin gedişatına təsir edəcəkmi?- Ekspertlərdən ŞƏRHbackend

Rusiyanın Severodonetskini tutması müharibənin gedişatına təsir edəcəkmi?- Ekspertlərdən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunları bir neçə həftə ərzində Rusiyanın əhəmiyyətli hücum resurslarını əraziyə cəlb edə bilib. Ukraynanın Severodonetskini itirməsi müharibədə mühüm dönüş nöqtəsi olmayacaq. Ukrayna Silahlı Qüvvələri döyüşlərdə əsas vəzifəni – düşmənin resurslarını tükəndirməyi başa çatdırıb. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

“Severodonetskin itirilməsi Ukrayna üçün itkidir, o mənada ki, rus qoşunları tərəfindən ələ keçirilən istənilən ərazi itkidir, lakin Severodonetsk döyüşü Rusiya üçün həlledici qələbə olmayacaq”, – ISW bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya bütün səylərini Severodonetskin ələ keçirilməsinə və Lisiçanska çıxışına yönəldib. Rus ordusu Loskutovka və Ray-Aleksandrovka rayonlarında əvvəllər ələ keçirilən mövqelərdə möhkəmlənib. Luqansk vilayətində işğalçılar Qornıya nəzarəti bərqərar etməyə çalışır və artıq Nikolayevkanı ələ keçiriblər. Marinka istiqamətində hücum cəhdi Ukrayna Silahlı Qüvvələri tərəfindən ciddi şəkildə yatırılıb. Ukrayna ordusu Luqansk vilayətinin Lisiçansk şəhərinin cənub kənarında rus işğalçılarının hücumunu dayandırıb – qarşı tərəfə itkilər verərək onları geri çəkilməyə məcbur edib. Xarkov yaxınlığında rus ordusu əvvəllər azad edilmiş kəndləri atəşə tutur, Ukrayna Silahlı Qüvvələrinin sərhədə çatmasının qarşısını almaq üçün işğal olunmuş xətləri saxlamağa çalışır. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin atəş üstünlüyü olduğu üçün Ukrayna Silahlı Qüvvələri hazırda Donbasda mobil müdafiə həyata keçirir. Ukrayna müdafiəçiləri Rusiya qüvvələri tərəfindən mühasirəyə düşməmək üçün hər şeyi edirlər.

//Gülnarə Abasova, Editor.az