Rusiyanın hərbi rəhbərliyi havanın pisləşməsi ilə əlaqədar öz yerüstü daşıyıcı raketlərini bazalarına gətiriblər.
Editor.az bildirir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələri məlumat yayıb. Hazırda Rusiyanın iki sualtı qayığı Qara dənizdə döyüş növbəsini davam etdirir. Onların avadanlığı səkkiz “Kalibr”li raketdən ibarətdir.
Buna görə də raket təhlükəsinin səviyyəsi yüksək qiymətləndirilir. Bununla əlaqədar əhaliyə müraciətdə deyilir: “Hava həyəcan siqnallarına diqqətli olun. Düşmən məkrli və həyasızdır. Sualtı raket daşıyıcılarından buraxılışları aşkar etmək çətindir. Dərhal sığınacaqlara kedin. Müdafiə qüvvələri diqqətlidir”, – deyə hərbçilər Telegram kanalında əlavə ediblər.
//Samir Qurbanov, Editor.az

