Rusiyanın “sülh planı”: Sergey Lavrov detalları açıqladıbackend

Rusiyanın “sülh planı”: Sergey Lavrov detalları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadakı münaqişənin diplomatik yolla həllindən imtina etmir.

Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda “Böyük oyun” verilişində deyib.

Lakin o, qondarma “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya mənsubluğunun Kiyev tərəfindən tanınmasını dialoqun əsas şərti kimi qeyd edib: “Bizim mütləq prioritetimiz Rusiya Federasiyasının uzun illərdir məruz qaldıqları nasizm təhdidlərindən azad edilməsi və orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməli olduğu dörd yeni regiondur”.

Nazir həmçinin bildirib ki, ABŞ Rusiya ilə müharibə vəziyyətindədir – və bu “müharibə” 2014-cü ildə “kollektiv Qərb” tərəfindən elan edilib. O qeyd edib ki, Ukraynada hakimiyyət dəyişiklikləri ABŞ-ın təşkil etdiyi çevrilişin nəticəsidir.

Qeyd edək ki, dinc nizamlanmanın başlanması üçün oxşar şərtləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da səsləndirib. O bildirib ki, Ukraynada münaqişənin həlli üçün sülh planı mümkün deyil, çünki Kiyev mövcud reallıqları nəzərə almır.

Onun sözlərinə görə, Ukrayna yeni regionları Rusiyanın tərkib hissəsi kimi tanımasa vəziyyəti diplomatiya yolu ilə həll etmək mümkün olmayacaq.

//Samir Qurbanov,Editor.az