Ramzan Kadırov Moskvada Sergey Şoyqu ilə görüşüb Editor.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri iyunun 3-də Telegram-a bildirib.
“Sergey Kujuqetoviç yaxın gələcək üçün taktikaların təkmilləşdirilməsini nəzərdə tutan yeni vəzifələr müəyyən edib. Görülən tədbirlər hücum manevrlərinin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək ki, bu da “xüsusi əməliyyatın” daha sürətli templə keçirilməsinə kömək edər”, – Kadırov yazıb.
Ukraynadakı müharibəni “xüsusi əməliyyat” adlandıran Çeçenistan rəhbəri Rusiyanın Ukraynanın hansısa “demilitarizasiyası” və “denazifikasiyası” ilə bağlı təbliğat klişələrini təkrarlayaraq, döyüşçülərinin hərbi əməliyyatlara guya “əhəmiyyətli töhfə” verməsi ilə öyünüb. P.S. Belə görünür ki, Rusiyanın taleyi Kadırovun əlindədir.
Editor.az

