Rusiyanın Tambov vilayətində neft anbarı yanırbackend

Rusiyanın Tambov vilayətində neft anbarı yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Platonovskaya neft anbarının ərazisində partlayış baş verib və yanğın başlayıb.

Editor.az xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Maksim Yeqorov bildirib. Ehtimal olunur ki, buna səbəb pilotsuz təyyarənin hücumu olub.

Platonovskaya neft bazası Rasskazovski bələdiyyə rayonunda yerləşir. Yeqorov Telegram-da yazıb ki, yanğını Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə bölmələri də daxil olmaqla, RSChS-in ərazi alt sisteminin qüvvələri söndürür. Bundan əlavə, Pervomaiski bələdiyyə dairəsində havada partlayan PUA-nın qalıqları aşkar edilib. Hücumlar nəticəsində xəsarət alan olmayıb. Tambov vilayətində “təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülür”, – deyə region rəhbəri qeyd edib.

//Samir Qurbanov, Editor.az