Rusiyanın təşkil etdiyi referendumları Azərbaycan tanıyacaq?-Açıqlamabackend

Rusiyanın təşkil etdiyi referendumları Azərbaycan tanıyacaq?-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə münasibət kursunu dəyişməyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.


Onun sözlərinə görə, Azərbaycan həm 30 il təcavüzə məruz qalmış bir ölkə kimi, həm də beynəlxalq hüquqa əsaslanaraq bütün ölkələrin müstəqilliyinə hörmətlə yanaşır:

“Ukraynadakı saxta referendumların nəticələrini Azərbaycan tanımayacaq, ümumiyyətlə  Bakı bu zamana qədər Rusiyanın ilhaq siyasətinə haqq qazandıran heç bir addım atmayıb. Rusiya hələ Qarabağ münaqişəsi periodunda da Azərbaycana müstəqillik, suverenliklə bağlı təzyiq edə bilmirdi, ortada Abxaziya və Cənubi Osetiya nümunələri, Krım, Donetsk və Luqansk məsələləri olanda belə Azərbaycan Rusiyanın bu siyasətini dəstəkləməyib.
Onu deyə bilərəm ki, Azərbaycanın prinsipial siyasəti Rusiya ilə münasibətlər sisteminə xələl gətirməz, çünki Bakı-Moskva əlaqələrinin dinamikası Kreml tərəfindən irəli sürüləcək “mütləq tanımalısan” kimi bir tezis üzərində yox, qarşılıqlı maraqlarla inkişaf edir. Lakin suallar qalmaqda davam edir, dünya nizamının format edilməsi prosesi hansı xəritə dəyişikliyi ilə yekunlaşacaq? Dəyişdirilmiş sərhədlər qlobal danışıqların predmetində hansı səviyyədə qəbul olunacaq? Cavab vermək tezdir, lakin dünya nizamı dəyişsə, beynəlxalq münasibətlər sistemi də yeni təməl üzərində formalaşacaq”.
 
//Safura Bənnayeva, Editor.az