Rusiyanın təyyarəsi Gəncəyə uçdu: Ağdama getmək üçün…backend

Rusiyanın təyyarəsi Gəncəyə uçdu: Ağdama getmək üçün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Fövqəladə Hallar Nazirliyinin ikinci qrup mühəndis-istehkamçıları Ağdam bölgəsinə göndərilib.

Publika.az xəbər verir ki, rusiyalı istehkamçılar sülhməramlı missiya çərçivəsində Ağdamı minalardan təmizləyəcəklər.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, yanvarın 18-də göyərtəsində pirotexniki vasitələr olan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Gəncə şəhərinə uçub. Bölmənin ikinci istehkamçı qrupuna “Lider mərkəzi” və “Noginsk” xilasetmə mərkəzinin mütəxəssislərinin daxil olduğu qeyd edilir.

Həmçinin, MV-4 nəqliyyat vasitəsinə əsaslanan mobil robot kompleksi və ağır yüklərin təhlükəsiz daşınması üçün dizayn edilmiş çoxsaylı nəqliyyat vasitəsi Azərbaycana gətiriləcək.

Qeyd edək ki, daha əvvəl 20 mütəxəssis Ağdam bölgəsinə göndərilmişdi.