Rusiyanın “Tu-22M3” hərbi təyyarəsi qəzaya uğradıbackend

Rusiyanın “Tu-22M3” hərbi təyyarəsi qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Stavropol diyarında VKS-nin Tu-22M3 hərbi təyyarəsinin qəzaya uğramasını etiraf edib.

Editor.az-ın Rusiya Müdafiə Nazirliyinin bəyanatına istinadən verdiyi məlumata görə, raketdaşıyan bombardmançı “ev aerodromuna qayıdarkən döyüş tapşırığını yerinə yetirdikdən sonra” qəzaya uğrayıb.

“Pilotlar atılıb, 3 ekipaj üzvü axtarış-xilasetmə qrupu tərəfindən təxliyyə edilib və hazırda bir pilotun axtarışları davam edir”, – deyə nazirlikdən bildirilib. Müdafiə Nazirliyi əmin edir ki, göyərtəsində heç bir döyüş sursatı olmayıb, təyyarə boş əraziyə düşüb və yerdə heç bir ziyan yoxdur. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

//Samir Qurbanov, Editor.az