Rusiyanın üç bölgəsində 7 pilotsuz təyyarə vurulub – Müdafiə Nazirliyibackend

Rusiyanın üç bölgəsində 7 pilotsuz təyyarə vurulub – Müdafiə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hava hücumundan müdafiə sistemləri Rusiyanın üç bölgəsində pilotsuz təyyarələrin hücumunu dəf edib.

Editor.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib. Dörd PUA Tver vilayəti, ikisi Moskva vilayəti, biri isə Belqorod vilayəti üzərində vurulub.

Tələfat və dağıntılar barədə məlumat verilmir. Tver vilayətinin hökuməti PUA-ların Konakovo bələdiyyə dairəsinə hücum etdiyini bildirib. Regional hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan olmayıb.

Təcili yardım xidmətlərinin mütəxəssisləri “PUA qəzasının nəticələrini aradan qaldırmaq üçün” yerində işləyirlər. Gecə saatlarında Belqorod vilayətində hava hücumu xəbərdarlığı qüvvədə olub. Tver vilayəti sonuncu dəfə 2023-cü ilin noyabrında, Moskva vilayəti isə 2024-cü ilin may ayının sonunda İHA tərəfindən hücuma məruz qalıb. Belqorod bölgəsi demək olar ki, hər gün dron hücumlarına və atəşə tutulur.

//Samir Qurbanov, Editor.az