Rusiyanın uğurlu böyük hücumu üçün kifayət qədər döyüş gücü yoxdur-ISWbackend

Rusiyanın uğurlu böyük hücumu üçün kifayət qədər döyüş gücü yoxdur-ISW

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbi komandanlığı qeyri-real müddətlər qoyur və ordularının kifayət qədər döyüş gücünə malik olmamasına baxmayaraq Donetsk bölgəsini ələ keçirmək üçün yeni iri hücuma keçməyə tələsir.

Editor.az xəbər verir ki, bu, Böyük Britaniyanın Müdafiə Nazirliyinin analitikləri Kremlin yanvarda artıq hücum əməliyyatına cəhd etdiyi lakin cəmi bir neçə yüz metr ərazini ələ keçirdiyi barədə qiymətləndirməsini araşdıran Müharibə Araşdırmaları İnstitutunun icmalında bildirilir. Bildirilib ki, ləng irəliləyiş Rusiyada sursat çatışmazlığı və uğurlu, sürətli hücum üçün zəruri olan manevr bölmələrinin olmaması ilə izah edilib. Ekspertlər Rusiyanın müharibənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir etmək üçün lazım olan döyüş gücünü artıra bilməyəcəyinə əmin olsalar da hərbi komandirlər qeyri-real və genişmiqyaslı irəliləyişlər tələb etməkdə davam edirlər.

Müharibə Tədqiqatları İnstitutu bildirir ki, “Rusiya rəhbərliyi yenidən öz hərbi imkanları ilə bağlı yanlış fərziyyələrə əsaslanaraq qəti hücumu planlaşdırır və çox böyük hücum əməliyyatını dəstəkləmək üçün döyüş gücünə malik deyil. Həmçinin, analitiklər Rusiya Federasiyasının 2023-cü ilin əvvəlində hücuma hazırlıq barədə siqnal verməsini izləyiblər və belə qənaətə gəliblər ki, zaman və məkanbahar yaxınlaşdıqca Rusiyanın sürətli və genişmiqyaslı irəliləyişinə mane ola bilər.

Ötən ilin sonundan etibarən Rusiya ordusunun kütləvi hücumu ehtimalı barədə danışılır, lakin hamı fərqli tarix deyir.

//Gülnarə Abasova, Editor.az