Rusiyanın Ukrayna hücumunun GİZLİ ŞİFRƏLƏRİ: Putin daha da irəli gedə bilərmi?backend

Rusiyanın Ukrayna hücumunun GİZLİ ŞİFRƏLƏRİ: Putin daha da irəli gedə bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya aylardır şimaldan, cənubdan və şərqdən hərbi birləşmələri ilə mühasirəyə aldığı Ukraynaya hücuma başlayıb. Hadisələr, bəlkə də Yuqoslaviyanı parçalayan müharibədən sonra Avropada ən qaranlıq günlərin başlanmasına işarə edir… Ukraynadakı hadisələri yaxından izləyən əksər ekspertlər və jurnalistlər Rusiyanım əməliyyatının yalnız Donbasla məhdudlaşacağını proqnozlaşdırırdılar. Bununla belə, bomba və sirena səsləri ölkənin ən qərb hissəsindəki Polşa sərhədində yerləşən Lvovdan ən şərqinə qədər yüksəldi.

Rusiya prezidenti Vladimir Putin Donbasda rusyönlü separatçıların iddia etdiyi və nəzarət etdiyi “soyqırımı” müdafiə edib. O, bildirib ki, burada yaşayan insanlar “Yalnız Rusiyaya” etibar edə bilərlər, ona görə də bu əməliyyata başlayıblar. Ukraynada əli silah tuta bilən hər kəsə silah veriləcəyi açıqlandı, prezident Vladimir Zelenski isə “ölkəsini müdafiə etmək gücündə olan hər kəsi” vəzifəyə çağırdı. Bombardman təhlükəsi bütün ölkəyə yayıldığı üçün dinc sakinlər daha təhlükəsiz yerlər tapmaq məqsədilə küçələrə axışıb.

Bir tərəfdən Putinin işğalı nə qədər uzağa aparacağı düşünülür. Hazırda silahlı qarşıdurmaya çevrilən böhranın NATO üzvü Türkiyəyə təsiri də maraq doğurur.

Editor.az “BBC Türkçe”nin Ukrayna hadisələrində qaranlıq qalan suallarla bağlı videosunu təqdim edir:

https://youtu.be/e7bDsyGmB2g

//Gülnarə Abasova, Editor.az