Rusiyanın Ukraynada itkiləri AÇIQLANDI: Şok rəqəmlərbackend

Rusiyanın Ukraynada itkiləri AÇIQLANDI: Şok rəqəmlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 29 450 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 305 ədəd tankı, 3 213 ədəd zirehli döyüş maşını, 606 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 112 qanadlı raket, 2 218 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 491 ədəd dronu və 44 ədəd xüsusi texnikası məhv edilib./BAKU.WS