Rusiyanın Ukraynada qatar stansiyasına hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıbbackend

Rusiyanın Ukraynada qatar stansiyasına hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada qatar stansiyasına hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodomir Zelenski Birləşmiş Millətlər Təşkilatına Çaplina raket hücumu ilə bağlı verdiyi son açıqlamada məlumat verib.

“Çaplin bu gün əziyyət çəkir. İndiyədək 22 nəfər ölüb. Onlardan 5-i avtomobildə yanıb. 11 yaşında bir uşaq isə ölüb”- Zelenski deyib. Zelenski xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının arta biləcəyini bildirib. Bundan əlavə, rusların hücumu nəticəsində 50 nəfər yaralanıb.

Qeyd edək ki, Çaplin şəhəri Rusiyanın ələ keçirməyə çalışdığı Donetskdən 145 kilometr aralıda yerləşir.

//Gülnarə Abasova, Editor.az