Rusiyanın Ukraynaya atdığı raketlərin 60%-i hədəfə çatmırbackend

Rusiyanın Ukraynaya atdığı raketlərin 60%-i hədəfə çatmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının hesablamalarına görə, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi dəqiq idarə olunan raketlərin 60%-ə qədəri hədəfə çatmır.

Bu barədə Editor.az Pentaqon rəsmilərinə istinadən məlumat verir ki, müharibə başlayandan Rusiya Ukraynaya müxtəlif növ 1200-dən çox raket atıb. Onların uğursuzluq dərəcəsi raketin növündən asılı olaraq gündəlik dəyişir və bəzən 50%-i keçmir. Yalnız iki Pentaqon rəmisi bu rəqəmin 60% təşkil etdiyini söyləyib. Mütəxəssislərdən birinin sözlərinə görə,

Rusiyaya məxsus qanadlı raketlərin 20%-dən 60%-ə qədəri uğursuzluğa düçar olur. Uğursuzluq dərəcəsi isə buraxılma zamanı baş verən problemlərdən tutmuş raketin zərbə zamanı partlamamasına qədər hər şeylə ölçülür. İnformasiya məxfiliyinə görə anonim məlumat verən Pentaqon rəsmiləri Rusiya raketlərinin yüksək uğursuzluq dərəcəsinin konkret hansı nəticələr doğurduğunu açıqlamayıblar.

  Editor.az