Rusiyanın Ukraynaya hücumu zamanı Donald Tramp prezident olsaydı, Moskvanı bombalayarmışbackend

Rusiyanın Ukraynaya hücumu zamanı Donald Tramp prezident olsaydı, Moskvanı bombalayarmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçki yarışı çərçivəsində donorlarla görüşü zamanı Rusiya və Çinin Ukrayna və Tayvanı işğal edəcəyi təqdirdə Moskva və Pekini bombalayacağını bildirib.

Editor.az bildirir ki, bu barədə “The Washington Post”a mənbələr məlumat verib. Qəzetin yazdığına görə, respublikaçı bu cür bəyanatlarla “bəzi donorları təəccübləndirib”. “Washington Post” qəzeti Trampın Rusiya və Çinlə bağlı dediyi sözlərlə bağlı əlavə təfərrüat təqdim etmir. Qəzetin materialı eks-prezidentin seçki kampaniyası üçün topladığı vəsaitə həsr olunub. Onun hazırkı prezident Co Baydenin varlılar və korporasiyalar üçün vergi endirimlərini uzatmaq niyyətində olmadığını iddia edərək, donorlardan milyonlarla dollar istədiyi deyilir.

Donald Tramp dəfələrlə bəyan edib ki, o, prezident vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoya biləcək.

//Samir Qurbanov, Editor.az