Rusiyanın Ukraynaya müdaxiləsi: Putinin nüvə düyməsini basma EHTİMALI VARMI?backend

Rusiyanın Ukraynaya müdaxiləsi: Putinin nüvə düyməsini basma EHTİMALI VARMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün televiziyada çıxışı zamanı Ukraynanın hərtərəfli işğalını elan etdiyi və bunu “xüsusi hərbi əməliyyat” adlandıran Putin dəhşətli xəbərdarlıqlar etdi:

“Kənardan müdaxiləni düşünən hər kəs bilməlidir: Əgər bunu etsəniz, tarixdə indiyə qədər yaşadığınız hər şeydən daha çox hesab verməli olacaqsınız.

Editor.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nobel Sülh Mükafatı laureatı, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muradov bildirib ki,  Putinin sözləri birbaşa nüvə müharibəsi təhlükəsi kimi səslənir:

“Həmin televiziya çıxışında Putin Kremlin hökmdarı kimi deyil, planetin hökmdarı kimi danışırdı. O, dəbdəbəli avtomobilinin açarını barmağında çevirir və özünü nüvə düyməsini nümayiş etdirən biri kimi göstərir. O, dəfələrlə deyirdi: Rusiya yox olacaqsa, bu planetin nə ehtiyacı var?Bu sözlərə heç kim fikir vermədi.Amma bu, Rusiyanın istədiklərini almadığı təqdirdə hər şeyin məhv olacağı təhlükəsidir”.

Prezident Putin 2018-ci ildə çəkdiyi sənədli filmdə demişdi: “Kimsə Rusiyanı yer üzündən silmək qərarına gəlsə, bizim cavab verməyə qanuni haqqımız var. Bəli, bu, bəşəriyyət və dünya üçün məhv olacaq. Amma mən Rusiya vətəndaşıyam və onun dövlət başçısıyam”.

2022-ci ildə Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Lakin Ukrayna silahlı qüvvələri güclü müqavimət göstərir. Qərb ölkələri Moskvaya qarşı effektiv iqtisadi və maliyyə sanksiyaları elan etməkdə birləşdilər. Bu məsələ Kremli təəccübləndirdi. Bunlar Putinin qurduğu sistemin mövcudluğuna şübhələr yarada bilər.

Moskvadan müdafiə üzrə ekspert Pavel Felgenhauer deyir: “Putin küncə sıxışdırılıb”. Qərb Rusiya Mərkəzi Bankının aktivlərini dondurduqda və Rusiya maliyyə sistemi öz içinə çökəndə onun çox seçimi qalmır, sistemini işlək vəziyyətə gətirir. Bir variant, avropalıları geri çəkilməyə məcbur edəcəyi ümidi ilə Avropaya gedən təbii qazı kəsmək olardı. Digər variant isə Şimali dənizdə Britaniya və Danimarka arasında haradasa nüvə bombasını partlatmaq və nə baş verdiyini görməkdir.”

Əgər Vladimir Putin nüvə silahından istifadə variantını işə salmaq qərarına gəlsə, yaxın çevrəsində onu imtina etməyə və ya dayandırmağa inandıra biləcək kimsə varmı?

Dmitri Muratov deyir: “Rusiyanın siyasi elitası heç vaxt xalqla hərəkət etmir. Onlar həmişə müdirin tərəfini tuturlar. Vladimir Putinin Rusiyasında isə hökmdarın çox geniş səlahiyyətləri var. Bura hakimiyyətə nəzarət mexanizmlərinin çox zəif olduğu və bütün qərarları Kremlin qəbul etdiyi yerdir”.

Moskvadan müdafiə eksperti Pavel Felgenhauer isə deyir ki, heç kim Putinə qarşı çıxmağa hazır deyil və biz çox təhlükəli nöqtədəyik:

” Ukraynadakı müharibə Vladimir Putinin müharibəsidir. Əgər Putin hərbi məqsədlərinə çatarsa, Ukraynanın gələcəkdə suveren dövlət kimi ayaqda qalması çətin olacaq. Qorxulu olan odur ki, Putin məğlub kimi görünsə və böyük itkilər versə, bu, Kremli daha çıxılmaz vasitələrə əl atmağa vadar edə bilər. Xüsusən də “heç vaxt bunu etməz” deyə bilməsək…”

//Gülnarə Abasova, Editor.az