Rusiyanın Ukraynaya müdaxiləsi: Qərb Kremlə qarşı hansı yeni sanksiyalar tətbiq edə bilər?backend

Rusiyanın Ukraynaya müdaxiləsi: Qərb Kremlə qarşı hansı yeni sanksiyalar tətbiq edə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri Rusiya iqtisadiyyatını və bank sistemlərini çətin vəziyyətə salmaq, Rusiya prezidenti Vladimir Putin və onun yaxın çevrəsini cəzalandırmaq üçün bəzi sanksiyalar tətbiq etməyə başladılar.

Maraqlıdır bu sanksiyaların davamı nə ola bilər?

Editor.az “BBC Türkçe”yə istinadla xəbər verir ki, ötən həftə Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) üzvləri də daxil olmaqla 20-dən çox ölkə birlikdə hərəkət edərək Rusiya banklarını qlobal maliyyə sistemindən kənarlaşdıraraq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladı. Bu sanksiyalar rus rublunun sürətlə ucuzlaşmasına səbəb oldu.

ABŞ sanksiyalarının Rusiyadakı bank aktivlərinin 80 faizinə təsir etdiyini açıqlayıb. AB rəsmiləri bu nisbətin öz sanksiyaları üçün yüzdə 70 olduğunu deyirlər.

Eyni zamanda, Qərb ölkələri Rusiyanın mikroçip və lazer texnologiyalarına çıxışını məhdudlaşdıraraq onun kriptovalyutalarla əlaqələrini kəsib.

Bütün bunlar Putinin bu günə qədər üzləşdiyi ən təsirli sanksiyalar paketidir.

Analitiklər isə Qərb ölkələrinin bu istiqamətdə davam edəcəyini və yeni sanksiyalar elan edəcəyini gözləyirlər. Müxtəlif texnologiyaların ticarəti əngəllənə bilər və yeni şirkətlər qara siyahıya düşə bilər. Məsələn, ABŞ ötən gün yeni qərarla neft emalı avadanlığı ticarətini hədəfə almağa başladı.

  Amerika Təhlükəsizlik Mərkəzinin Enerji, İqtisadiyyat və Təhlükəsizlik Proqramının direktoru Emily Kilcrease deyib:

“Belə məhdudlaşdırıcı tədbirləri davam etdirmək mümkündür. Biz hələ də 10-dan 7-ci səviyyədəyik”.

BP və Apple kimi bir çox Qərb firmaları Rusiyadakı fəaliyyətlərini azaldır və ya ölkədən tamamilə çəkilir. Hələlik isə təbii qaz və neft kimi bir çox sektorda ticarət davam edə bilər.

Qərb ölkələri hələlik enerji sektorunda sanksiyalar tətbiq etməkdən çəkinir və istehlak qiymətlərinin ciddi şəkildə artmasından narahatdırlar. Avropa təbii qaz ehtiyacının təxminən 40 faizini, neftə olan tələbatının isə 30 faizini Rusiyadan qarşılayır. Ancaq Rusiyanın Ukraynanı işğalı davam etdikcə Aİ və ABŞ-a təzyiqlər artır.

Tafts Universitetinin Fletçer məktəbinin professoru və Rusiya iqtisadiyyatı üzrə ekspert Kristofer Miller bildirib ki,  Rusiya qoşunları Ukraynanı işğal etməyə davam etdikcə vəziyyət daha da  çətinləşəcək
Onun fikrincə, enerji sahəsində balansı saxlamaq çətin olacaq.

Vaşinqtonda yerləşən Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun baş elmi işçisi Jeffrey Schott hesab edir ki, Rusiya iqtisadiyyatının tamamilə çökməsinə mane olan qaz,neft ticarətidir və bu sahədəki sanksiyalar Rusiyanın daha sərt reaksiya göstərməsinə səbəb ola bilər:

“Rusiyaya iqtisadi təzyiq çox yüksəkdir. Bu artırılarsa, Putin daha şiddətli kiber və ya hərbi hücumlarla cavab verə bilər”

Rusiyanın mümkün reaksiyası ilə yanaşı, enerji qiymətlərində də ciddi artım ola bilər. Qərb müttəfiqləri bu həftə 60 milyon barel strateji neft ehtiyatı əldə edəcəklərini və bunun yarısının ABŞ-dan alınacağını açıqladılar. Bununla belə, qiymət artımlarını müvəqqəti olaraq aradan qaldırılacağı düşünülür. Emily Kilcrease isə düşünür ki, Qərb ölkələri ilə ticarəti dayandırılarsa, Rusiya qlobal bazarda satış qiymətlərini qaldırmaqla dayana bilər. Kilcrease, “Enerji sahəsində tətbiq olunacaq sanksiyaların Rusiyaya necə təsir edəcəyini düşünmək lazımdır. Bunun onlara həqiqətən zərər verib-verməyəcəyini dəqiq bilmirik”- deyib.

//Gülnarə Abasova, Editor.az