Rusiyanın Ukraynaya silah yardımını artıran ABŞ-a REAKSİYASI: “Müharibəni uzadır, atəşi daha da alovlandırır”backend

Rusiyanın Ukraynaya silah yardımını artıran ABŞ-a REAKSİYASI: “Müharibəni uzadır, atəşi daha da alovlandırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya 700 milyon dollarlıq silah yardımı çərçivəsində qabaqcıl raket sistemləri göndərəcəyini açıqlayan ABŞ-a reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov bu cür yardımların Ukraynanın sülh danışıqlarına getmək istəyini azaltdığını deyib.  Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “üçüncü ölkə”nin münaqişəyə sürükləndiyini bildirib.

Ukraynaya göndəriləcək silahlar arasında 4 ədəd “M142” Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) var. Bu raket sisteminin təqribən 70 kilometr uçuş məsafəsinə malik olduğu və Rusiya hədəflərini vurmaq gücündə olduğu bildirilir.

BBC-yə danışan general-leytenant Edvard Strinqer deyib: “Bu tip silah hələ səfərbər olunmamış cəbhə xəttinin arxasındakı bölmələri hədəf alır. İstifadə edilən raketlərin məsafəsi bir kilometr uzunluğunda olsa belə, böyük fərq yarada bilər”.

BBC-nin diplomatik müxbiri Pol Adams da deyir ki, ABŞ-ın qərarı indiyə qədər atılan ən mühüm addım ola bilər və “HIMARS” Rusiya sistemlərindən qat-qat effektivdir. ABŞ Ukraynanı helikopterlər, tank əleyhinə silahlar və ehtiyat hissələri ilə təmin edəcək.

Bayden ötən gün açıqlamasında deyib ki, silah dəstəyi Ukraynanın danışıqlar gücünü artıracaq və iki ölkə arasında diplomatik həlli asanlaşdıracaq. Ağ Ev rəsmiləri Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdıqlarını və silahların Rusiyaya birbaşa hücumlar üçün istifadə olunmayacağına dair təminat aldıqlarını bildiriblər. Bayden xüsusilə Rusiya torpaqlarına atılacaq raket sistemləri göndərməyəcəklərini vurğulayıb. Zelenski bunu ABŞ-ın “Newsmax” xəbər kanalına müsahibəsində təsdiqləyib: “Bizi Rusiyada baş verənlər maraqlandırmır, biz öz ölkəmizdə, Ukraynada baş verənləri izləyirik”. Lakin Peskov bu açıqlamalara inanmadığını və ABŞ-ın Rusiyaya qarşı sona qədər mübarizə aparacağını bildirib.

//Gülnarə Abasova, Editor.az