Pekində Qış Olimpiya Oyunları başlayan kimi Rusiya və Çin arasında diplomatik əlaqələr həmişəkindən daha güclü inkişaf etməyə başladı. Editor.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Putin bir çox ölkənin diplomatik yolla boykot etdiyi Olimpiadanın açılışına getməklə dəstəyini əyani şəkildə göstərdi.
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat keçirəcəyini elan etməzdən bir neçə saat əvvəl ABŞ Moskva və Pekini “qeyri-liberal” dünya nizamı yaratmaq üçün birləşməkdə ittiham etdi.
Ukrayna-Rusiya böhranı bir çox sahələrdə Çin üçün böyük problem yaradır.
Rusiya ilə Çin arasında diplomatik münasibətlərin heç vaxt olmadığı qədər yaxınlaşmasını Putinin Pekində keçirilən Qış Olimpiya Oyunlarına qatılan nadir dünya liderlərindən biri olması, digər ölkələrin isə boykot etməsi ilə başa düşmək olar.
Maraqlıdır ki, Putin Ukraynanın şərqindəki separatçıların nəzarətində olan iki bölgəni rəsmən tanıyana və oraya qoşun göndərənə qədər Olimpiadanın bitməsini gözlədi
Çin hökuməti açıq bəyanatlarında bütün tərəfləri Ukraynadakı gərginliyi azaltmağa çağıdı.
Bəs indi Rusiya bütün bu təzyiqlərlə üz-üzə qaldığı bir zamanda, münaqişə qızışdıqca Çinin rəsmi mövqeyi necə olacaq?
Avropada müharibəni dəstəklədiyini görmək mümkün olmadığını düşünən Çin hökuməti Moskva ilə hərbi və strateji əlaqələrini də gücləndirmək istəyir.
Ukraynanın bir nömrəli ticarət tərəfdaşı olan Çin Kiyevlə yaxşı münasibətlər saxlamaq istəsə də, onun ərazisinə qoşun göndərən hökumətlə müttəfiqliyi bunu çətinləşdirə bilər.
Onun Rusiya tərəfini dəstəkləndiyini nəzərə alsaq, Qərbi Avropa ilə ticarətinin əks nəticə verməsi ehtimalı da var.
Çinin xarici siyasəti dəyişəcəkmi?
Çin liderlərindən daim çəkinmələrinin səbəbi, onların başqalarının daxili işlərinə qarışmamaları və başqa ölkələrin daxili işlərinə qarşımamasını istəməklə əlaqədardır
Lakin keçən həftə Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ukraynanın işğalını pisləyən səsvermədə bitərəf qaldı.
Bəzi analitiklər Pekinin səsvermədə Rusiyaya qoşulacağını gözləyirdilər, lakin onun iştirak etməməsi “Qərbin qələbəsi” kimi qiymətləndirilib. Bu Pekinin müdaxilə etmək istəməməsinin əlaməti idi.
Lakin Çin Xarici İşlər Nazirliyinin sözçüsü Venbin Vanqın Ukraynada baş verənləri “işğal” kimi təsvir etməkdən imtina etməsi buna sübut kimi, ölkəsinin hazırkı vəziyyəti qınamağının tezliklə mümken olmayacağının nümunəsidir.
Pekinin vəziyyətdən xəbərdar olduğu və qəsdən buna məhəl qoymadığı barədə təsdiqlənməmiş məlumatlar da var.
Amerikanın “New York Times” qəzetinin naməlum ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, Vaşinqton son aylarda dəfələrlə Çini müdaxilə etməyə və Rusiyaya Ukraynaya müdaxilə etməmək üçün mesaj göndərməyə çağırıb. Amerika rəsmiləri daha sonra Pekinin bu məlumatı Moskva ilə paylaşdığını, ABŞ-ın mübahisə yaratmaq istədiyini və Çinin Rusiyanın planlarını pozmağa cəhd etməyəcəyini öyrəndiklərini bildiriblər.
Tayvan vasitəsilə qurulan paralellər
Çin Kommunist Partiyasının ən çox narahat etdiyi şey bunun onun xalqını və dünyagörüşünü necə dəyişdirə biləcəyidir.
Ona görə də mətbuatda və sosial şəbəkələrdə Ukraynadakı vəziyyətlə bağlı paylaşımlarda manipulyasiya nəzarət altındadır.

