ABŞ-ın 45-ci prezidenti Donald Tramp Ukrayna ətrafındakı vəziyyətin üçüncü dünya müharibəsinə səbəb ola biləcəyini bildirib. Onun fikrincə, bu, ona görə baş verə bilər ki, Rusiya prezidenti Vladimir Putinlə “danışacaq heç kim yoxdur”.
Bu barədə “Kommersant”a istinadən “Editor.az” xəbər verir.
“…Mən nə baş verdiyini görürəm. Putin dayanmayacaq. Hər şey daha da pis olacaq. Çünki Putinlə danışacaq bir adamımız yoxdur. Əvvəllər belə bir adam var idi və o adam mənəm. Heç kim Rusiyaya qarşı mənim qədər sərt davranmayıb. …Mənim şəxsiyyətim ABŞ-ı qlobal təhlükələrdən qoruyurdu”- D.Tramp belə deyib.
Editor.az

