Rusiyanın Ukraynaya yeni hücumu Belarusdan ola bilərbackend

Rusiyanın Ukraynaya yeni hücumu Belarusdan ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 13-də Fransa Xarici İşlər Nazirliyinin saytında fransızlara Rusiyanın Ukraynaya təcavüzü “şəraitində” Belarus ərazisini tərk etmək tövsiyə olunan bəyanat yayılıb.Bəyanatda deyilir:

“Rusiyanın Ukraynaya qarşı silahlı hücumu və Belarus hava məkanının bağlanması kontekstində Belarusa hər hansı səfərlər rəsmi olaraq müsbət qarşılanmır.

Editor.az bildirir ki, Belarusdakı fransızlar Litva, Polşa və ya Latviya ilə sərhəd keçid məntəqələrini istifadə etməkləavtomobil yolları ilə yubanmadan ölkəni tərk etməyə dəvət olunur”. Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Belarusun Litva və Latviya ilə sərhədləri açıqdır və Polşa ilə sərhəddə yalnız Brest-Terespol keçid məntəqəsi işləyir. Qərb kəşfiyyatının versiyalarından birinə görə, Rusiyanın Ukraynaya yeni hücumu Belarusdan ola bilər.

Genişmiqyaslı işğal zamanı rus qoşunları 24 fevral 2022-ci ildə Ukraynaya, o cümlədən Belarusdan daxil olub. Belarus faktiki olaraq öz ərazisini işğalçı ölkəyə hərbi baza kimi, o cümlədən Ukraynaya raket və hava zərbələri endirmək üçün açıq elan edib.

 //Samir Qurbanov, Editor.az