Rusiyanın Volqoqrad şəhərində yanğın baş verib-FOTObackend

Rusiyanın Volqoqrad şəhərində yanğın baş verib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın Volqoqrad şəhərində liman ərazisində genişmiqyaslı yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə yerli Telegram kanalları məlumat yayıb. Məlumata görə, limanın anbarı yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, şəhərin çayı keçmiş yük limanı ərazisində istifadəsiz tikilinin dam örtüyü yanıb. Şəbəkədə böyük bir tüstü sütununun göründüyü video yayılıb.

“Yanğın barədə məlumat saat 15:20-də daxil olub, 20-ci yanğından mühafizə bölmələri hadisə yerinə yola düşüb. İlkin məlumata görə, yanğının yayılması təhlükəsi yoxdur, ölən və yaralananlar barədə məlumat daxil olmayıb. ”, – deyə hesabatda bildirilir.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!