Rusiyanın xalq artisti Bakı haqqında nə dedi?backend

Rusiyanın xalq artisti Bakı haqqında nə dedi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı ağlasığmaz gözəlliyə malik bir şəhərdir.

Editor.az bildirir ki, bunu Rusiyanın xalq artisti Yuliya Rutberq deyib. O, Azərbaycanın paytaxtına cəmi bir dəfə – Vaxtanqov Teatrında qastrol səfərində olduğunu, lakin dərhal bu şəhərə aşiq olduğunu deyib. “Tur çox gözəl, heyrətamiz idi. Bu şəhərə aşiq oldum, bu, sadəcə olaraq ağlasığmaz gözəllikdir….

İçəri şəhər ümumiyyətlə ayrı bir mahnıdır. Mümkün olan hər yeri gəzdim, antikvar dükanlarını, muzeyləri və s. ziyarət etdim.Hər şeyin necə qorunub saxlanması heyrətamizdir. Şəhərin özü çox gözəldir, əsl Aavropa şəhəridir. O qədər dəyişikliklər var ki…. 10-15 il əvvəl burada olan uşaqlarımız sadəcə şəhəri tanımadıqlarını söylədilər. İnanılmaz, çiçəklənən bir şəhər”, – aktrisa dedi.

//Samir Qurbanov, Editor.az