Rusiyanın xalqımızın yaşamaq arzusu qədər raketləri yoxdurbackend

Rusiyanın xalqımızın yaşamaq arzusu qədər raketləri yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın cənubundan qayıdarkən yazdığı müraciətində əmin edib ki, “biz cənubu heç kimə verməyəcəyik”.

Bu barədə Editor.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir. “Biz cənubu heç kimə verməyəcəyik, bizim olan hər şeyi geri alacağıq və dəniz də Ukraynanın təhlükəsizlik zonası olacaq”. “Rusiyanın xalqımızın yaşamaq arzusu qədər raketləri yoxdur. Biz iqtisadi vəziyyətdən, kənd təsərrüfatı sektorunun işindən keçdik. Limanlarımızın təhlükəsizliyini, kənd təsərrüfatı məhsullarımızın ixrac imkanlarını müzakirə etdik. Bizim mövqeyimiz aydındır, dəyişməzdir: beynəlxalq vasitəçilik vasitəsilə təhlükəsizliyin təmin edilməsi mümkün olan kimi, Ukrayna Rusiya müharibəsi səbəbindən dünyada baş verən ərzaq böhranına qarşısını almaq üçün əlindən gələni edəcək…” –V.Zelenski deyib.

Editor.az