Rusiyanın yeni “Jirinovski”si Ukraynanı kapitulyasiyaya çağırdıbackend

Rusiyanın yeni “Jirinovski”si Ukraynanı kapitulyasiyaya çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Ukraynanın bir neçə şərti yerinə yetirəcəyi təqdirdə Kiyevlə danışıqların mümkünlüyünü müzakirə etməyə hazırdır. Bunu avqustun 27-də Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

Editor.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Liberal Demokrat Partiyasının liderinin sözlərinə görə, Ukrayna qeyd-şərtsiz təslim olmalı, həmçinin denasifikasiyaya və silahlı qüvvələrin keyfiyyətcə ixtisarına hazır olduğunu bəyan etməlidir. “Ukrayna tərəfi qeyd-şərtsiz təslim olmağa, silahlı qüvvələrinin keyfiyyətcə azaldılmasına, tam, mütləq və qeyd-şərtsiz denasifikasiyaya, Ukrayna ərazisinin nasizmdən azad edilməsinə hazırdırsa, biz danışıqlar prosesini nəzərdən keçirə bilərik. ” TASS Slutskidən sitat gətirib. Duma Komitəsinin sədri vurğulayıb ki, Kiyevin danışıqlardakı digər mövqeyi “törətdikləri dəhşətli cinayətlər” fonunda Rusiya üçün qəbuledilməzdir. Bundan əvvəl Leonid Slutski bildirmişdi ki, Rusiya istənilən səviyyədə danışıqlara hazır olması ilə bağlı Kiyevin bəyanatına cavab verəcək.

//Samir,Editor.az