“Yeni Dünya düzəni qurulur və yeni düzəndə Rusiya itirən tərəf olmaq istəmir. Amma durum Rusiya Federasiyası baxımından ürəkaçan deyil. Rusiya mövcudluğunu və təsirini qorumaq, artırmaq üçün bütün hərbi,siyasi,iqtisadi gücünü səfərbər edib.Buna baxmayaraq zaman-zaman xarici siyasətdə ziqzaqlar, “U” dönüşləri yaşanır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

O, bildirib ki, Rusiyanın Qafqaz siyasətində də bu problemlər özünü göstərir:
“Rusiya İran və Türkiyə ilə qonşuluq münasibətlərini yaxşılaşdıraraq, Qafqazda varlığını sürdürmək niyyətindədir. Ermənistanı dəstəkləyərək Azərbaycan torpaqlarını işğalda saxlaya bilmədiyi üçün indi siyasi taktikasını dəyişən Rusiya Ermənistanı özünə birləşdirmək planları cızır. Məqsəd İranla,Türkiyə ilə qonşu olmaq, Cənubi Qafqazın strateji ərazisini(Ermənistan) özünə birləşdirmək, bununla da nəzarət edə bilmədiyi cənub enerji dəhlizinə və ipək yoluna nəzarət mexanizmi yaratmaqdır. Azərbaycana təzyiq göstərmək məsələsinə gəlincə, bu mümkün deyil. Ölkəmiz artıq qalib ölkə olaraq regionda önəmli söz sahibidir. Qafqazda Azərbaycanın razılıq vermədiyi heç bir proyektin həyata keçirilmə şansı yoxdur. Ermənistan müstəqil ölkə olaraq var olmaq istəyirsə ,bunun zəmanəti Türkiyə və Azərbaycandadır”.
//Gülnarə Abasova, Editor.az

