Rusiyaya bel bağlayanın beli qırılır: Ermənistan öz quyusuna düşübbackend

Rusiyaya bel bağlayanın beli qırılır: Ermənistan öz quyusuna düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat adı altında başlatdığı uğursuz müharibə artıq səkkizinci ayına daxil olub. Hadisələrin gedişi onu deməyə əsas verir ki, heç bir tərəf güzəştə gedənə oxşamır. Ən ağır durum hazırda Rusiyadadır. Kollektiv Qərbin sanksiyaları qarşısında aciz qalan Rusiya həm canlı qüvvə sarıdan, həm də maddi cəhətdən sıxıntı keçirməkdədir. Qismən səfərbərlik adı altında verilən qərar isə ölkədə əməllicə panik vəziyyətə səbəb olub.

Ən acınacaqlı durum Rusiya ilə sərhədlərdə yaranıb. Əli silah tutan Rusiya vətəndaşı çıxış yolunu ölkədən çıxıb qaçmaqda görür ki, bu da sərhədlərdə ağlasığmaz vəziyyət yaradıb. Belə bir hal Rusiya ilə sərhəd qonşuluğunda olan ölkələri, xüsusən də Ermənistanı çətin duruma salıb. Yeganə avtomobil sərhədi olduğu “Yuxarı Lars” buraxılış məntəqəsində saatlarla, günlərlə davam edən tıxaclar onsuz da iqtidsadiyyatı ağır vəziyyətdə olan Ermənistanı çətin duruma salıb. Buraxılış məntəqəsinin həddindən artıq yüklənməsi nəticəsində son aylarda Ermənistandan daşınan yüklərin yollarda qalması, vaxtında sərhədi keçə bilməməsi müşahidə edilir. Lakin bu bölgənin dağlıq relyefi və havanın qarlı-şaxtalı keçməsi də ilin müəyyən aylarında məntəqədə fəaliyyətin iflic olmasına səbəb olur.

Cari ilin yay aylarında mövsümi iqtisadi aktivlik səviyyəsinin (Ermənistandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı mallarının həcminin kəskin artması) keçid məntəqəsinin buraxılış gücü ilə qeyri-bərabər olması iri maşın tıxaclarının yaranması ilə müşahidə olunurdu. Qeyd edilən bu səbəblər dayanıqlı nəqliyyat-logistika əlaqələrinin aparılmasına əngəldir. Və indi belə bir durum erməni tərəfini yenidən alternativ nəqliyyat dəhlizlərinə üz tutmağa vadar edir. Bəlli olduğu kimi, Qarabağ münaqişəsinin tarixə qovuşduğunu rəsmi olaraq bildirən 10 noyabr anlaşması yalnız müharibəni dayandırmaqla deyil, həm də regionun gələcək inkişafına yeni perspektivlər açmaqla tarixə düşdü.

Uzun illərdir Ermənistanın qonşuları ilə arasında nəqliyyat, logistika əlaqələri keyfiyyətcə aşağı, dayanıqlılığı isə qeyri-stabil olaraq qalır. Belə ki, Azərbaycanla müharibə şəraiti və Gürcüstanın Abxaziya bölgəsindəki separatizm nəticəsində baş vermiş müharibə Rusiya-Ermənistan arasında hər iki dəmiryolu xəttinin istifadəsiz qalması (Sovet dövründə istifadə edilirdi) ilə nəticələndi.

Ermənistan rəhbərliyi və xalqı anlamalıdır ki, Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası onun nəqliyyat əlaqələrini dayanıqlı və stabil vəziyyətə gətirməklə yanaşı, həm də Ermənistanı əlavə xərclərdən azad edə bilər. Azərbaycanın müasir infrastrukturu və daha əlverişli coğrafi relyefi sürətli və kəsintisiz ticari əlaqələr yarada bilər. Beləliklə, Zəngəzur dəhlizi fəaliyyətə başlaması ilə region ölkələri arasında əməkdaşlıq münasibətlərinin inkişafına şərait yaradacaq.

Milli.az