“Rusiyaya çoxlu sayda yaralılar və ölülər gedir” – Arestoviçbackend

“Rusiyaya çoxlu sayda yaralılar və ölülər gedir” – Arestoviç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç rus işğalçıların Ukraynadakı böyük itkilərindən danışıb. O, bildirib ki, itkilər canlı qüvvə və texnika sarıdandır.

Bu barədə o, YouTube-kanalında Feyqin LİVE-ə müsahibəsində danışıb.

Arestoviçin sözlərinə görə, artıq 4 gündür ki, Rusiya ordusunun Ukrayna ərazisinə hərəkəti görsənmir.

«Xüsusilə, başlıca zərbə istiqamətində – İzyum istiqamətində. Geriyə çoxlu miqdarda vurulmuş texnika, yaralılar və ölülər gətirilir. Ölülər lap çoxdur» – Arestoviç qeyd edib.