Rusiyaya iqtisadi sanksiya:Qonşu ölkələrə necə təsir edəcək?-AÇIQLAMAbackend

Rusiyaya iqtisadi sanksiya:Qonşu ölkələrə necə təsir edəcək?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyaya tətbiq edilən sanksiyalar müharibə dayanana qədər daim artan xətlə davam edəcək. Hər dəfə yeni sanksiyaların şahidi olacağıq”.

Bu fikirləri Editor.az-a iqtisadçı ekspert Eldəniz Əmirov Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Beynəlxalq Mübarizə Təşkilatı (“FATF”) Rusiya Federasiyasının üzvlüyünü dayandırmaq, başqa sözlə, onu “qara siyahı”ya salmaq qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi bitdikdən sonra da sanksiyaların böyük əksəriyyəti hələ uzun müddət davam edəcək:

” Bu proseslərin içərisində elə sanksiyalar var ki, qonşu ölkələrə o cümlədən, Azərbaycana mənfi təsir göstərir. Lakin elə sanksiyalar da mövcuddur ki, sözün həqiqi mənasında ölkəmiz üçün də müsbət təsirləri olur. Pul köçürmələri ilə bağlı qadağaların da Azərbaycana mənfi təsiri ola bilər. Amma bu o qədər də ciddi təsir deyil ki, bizim üçün hansısa bir təhlükə yaratsın “.

Ekspertin fikrincə, Ermənistan tərəfi üçün fiziki şəxslərin pul köçürmələri ilə bağlı ciddi narahatçılıqlar yarana bilər:

“Çünki Rusiyadan Ermənistana pul köçürmələri həddindən artıq böyükdür. 2022-ci ildə fiziki şəxslərin Rusiyadan Ermənistana yalnız bank sistemi vasitəsilə pul köçürmələri 3.6 milyard dollar olub. 2021-ci illə müqaisədə 4.2 dəfə çoxdur. Yəni bu bir il ərzində 320%-lik artım deməkdir. Ermənistana dövlət büdcəsinin 60%-i həcmində fiziki şəxslər tərəfindən pul köçürülüb. Eyni zamanda, Rusiyanın Ermənistanla ticarət dövriyyəsi 2022-ci ildə 80% artıb. Bunun səbəbi isə məhz rəsmi Moskvaya qoyulan sanksiyalardan Ermənistan tərəfinin bəhrələnərək başqa ölkələrdən idxal etdiyi məhsulu Rusiyaya öz adından ixrac etməsidir. Sanksiyalar dərinləşdikcə Ermənistan şirkətlərinə də mənfi təsir göstərəcək “.

//Safura Bənnayeva, Editor.az