Rusiyaya məxsus “Boeing 737-7JU” təyyarəsi ABŞ-da “həbs edildi”backend

Rusiyaya məxsus “Boeing 737-7JU” təyyarəsi ABŞ-da “həbs edildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti “Rosneft”ə məxsus, hazırda Rusiyada olduğu güman edilən “Boeing 737-7JU” təyyarəsinin həbsi üçün məhkəmə qərarı alıb.

Editor.az bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “Bu gün Birləşmiş Ştatlar Rusiyanın “Rosneft” enerji şirkətinin İqor İvanoviç Seçinin rəhbərlik etdiyi “Boeing 737-7JU” təyyarəsinin həbsi üçün order aldığını elan edir”.

Bununla da ABŞ Dairə Məhkəməsi təyyarənin müsadirə edilməsinə icazə verib. Agentlik qeyd edib ki, Rusiya əleyhinə sanksiya məhdudiyyətləri ABŞ-da istehsal olunan təyyarələrin etibarlı lisenziyası olmadan Rusiyaya uçmasına qadağa qoyur. Bəyanatda deyilir ki, bu təyyarə ABŞ qanunlarını pozaraq “ən azı 7 dəfə Rusiyaya gedib və geri dönüb”. Xatırladaq ki, ötən ilin martında Qərb ölkələri Rusiyaya xarici təyyarələrin və ehtiyat hissələrinin tədarükünə qadağa qoyub.

//Samir Qurbanov,Editor.az