Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın daha iki “Su-34” qırıcı-bombardmançı təyyarəsini məhv edib.
Editor.az bildirir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk Telegram-da məlumat verib.
“Görünür başa düşmürlər! Rus pilotları heç bir nəticə çıxarmırlar!” Bu gün saat 9.00 radələrində Avdeyevski və Mariupol istiqamətlərində daha iki “Su-34” işğalçı təyyarəsi məhv edildi! Birlikdə – qələbəyə!”, – Oleşçukun mesajında deyilir.
//Samir Qurbanov, Editor.az

