Avropa İttifaqı Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır.
Editor.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Çexiyadan olan üzvü Tomaş Zdexovski bildirib. Onun fikrincə, yeni məhdudiyyətlər tezliklə Aİ-yə üzv dövlətlərə təqdim olunacaq.
Avropa Parlamentinin Estoniyadan olan üzvü Yana Toom qəzetə bildirib ki, yeni sanksiyalar paketlərinin qəbulu təşəbbüsü ilk növbədə Baltikyanı ölkələrdən gələcək. Eyni zamanda, o qeyd edib ki, sanksiya aləti sonsuz deyil, onun həddi, görünür tezliklə gələcək.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini dekabrın 18-də təsdiqləyib.
//Samir Qurbanov, Editor.az

