İyunun 24-də Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib.
Editor.az bildirir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib. Yeni sanksiyalar Rusiyanın enerji, maliyyə və ticarətini, həmçinin Aİ-nin məhdudlaşdırıcı tədbirlərindən yayınma ilə mübarizəni hədəfləyir. Bunlara daxildir:
Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Aİ daxilində üçüncü ölkələrə daşınması xidmətlərinə qadağa; tikilməkdə olan LNG layihələrini tamamlamaq üçün yeni investisiyalara qadağa; “Maliyyə Mesajlarının Ötürülməsi Sistemi”nin istifadəsinə qadağa; Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən gəmilərə limanlara girişin və xidmət göstərilməsinin qadağan edilməsi; AB-nin daha geniş uçuş qadağası; idxal və ixrac nəzarəti və genişləndirilmiş məhdudiyyətlər.
Bundan başqa, siyasi partiyaların, fondların və qeyri-hökumət təşkilatlarının Rusiyadan maliyyə alması qadağan edilir. Və nahəyət, 116 hüquqi və fiziki şəxs sanksiyalara məruz qalıb.
//Samir Qurbanov, Editor.az

