Rusiyaya qarşı başladılan hibrid müharibənin növbəti qurbanı Moldova olacaq – Sergey Lavrovbackend

Rusiyaya qarşı başladılan hibrid müharibənin növbəti qurbanı Moldova olacaq – Sergey Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb dövlətlərinin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin “növbəti qurbanı Moldova olacaq”.

Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov i Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Sergey Lavrovun fikrincə, Avropa qitəsinin problemlərinin həllinə mane olan cəhdlərdən biri “Kozak memorandumu” (Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın köməyi ilə Kişinyov və Tiraspol tərəfindən hazırlanmış federallaşma planı) olub. Nazirin fikrincə, layihə Moldovada 20 il əvvəl vəziyyəti etibarlı şəkildə həll edə bilərdi.

“NATO və Aİ Kişinyov və Tiraspol tərəfindən paraflanmış sənədi təntənəli şəkildə torpeda etdi və indi də Dnestryanı nizamlanması üçün birgə səylərdən qalan sonuncu şey olan 5+2 formatını da öldürürlər.

Faktiki olaraq, Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq”, – Lavrov bildirib. “Kozak Memorandumu” Moldovanın federallaşması yolu ilə Dnestryanı münaqişəni həll etmək üçün 2003-cü ildə Dmitri Kozak tərəfindən hazırlanıb. İmzalanmadan əvvəl son anda plan Moldovanın o zamankı prezidenti Vladimir Voronin tərəfindən rədd edilib və o, Rusiya qoşunlarının respublikada olması ilə bağlı bəndin onunla razılaşdırılmadığını bildirib.

//Samir Qurbanov, Editor.az