“Rusiyaya qarşı çıxsaydıq, qışda nə edərdik” – Serbiyabackend

“Rusiyaya qarşı çıxsaydıq, qışda nə edərdik” – Serbiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Avropa İttifaqının tərkib hissəsi olmağı hədəfləyir, amma eyni zamanda Rusiya və Çinlə münasibətləri pozmaq istəmir.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Serbiya vətəndaşları rasionaldır, onlar dünyanın, Aİ-nin tərkib hissəsi olmağı istəyir, lakin Rusiya və Çinlə əlaqələri pozmaq istəməzlər. Nə üçün bu doğrudur? Çünki biz bəzi ölkələrin təzyiqinə boyun əyib Rusiya qaz boru kəmərinin inşasına qarşı çıxsaydıq, onda bu qış nə edərdik? İkincisi də biz Çinlə iki böyük ixracat şirkəti yaratmışıq”, – deyə Vuçiç bildirib.