Rusiyaya qarşı əlavə sanksiyalar olacaqmı?- Aİ-nın bəyanatıbackend

Rusiyaya qarşı əlavə sanksiyalar olacaqmı?- Aİ-nın bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sanksiyalar hər zaman müzakirə mövzusudur. Xarici işlər nazirləri hansı addımların atılacağını müzakirə edəcəklər”.

Editor.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

İrlandiyanın xarici işlər naziri Simon Koveni də açıqlamasında bildirib ki, Aİ Komissiyası Rusiyaya qarşı mümkün yeni sanksiyalar paketi çərçivəsində neft embarqosunun təfərrüatları üzərində işləyir, lakin heç bir qəti qərar verilməyib.

Koveni Aİ-nin 27 üzvünün neft embarqosu ilə bağlı razılığa gələ biləcəklərinə ümid etdiyini bildirsə də ətraflı açıqlama verməyib.

Qeyd edək ki, Borrell yaxın günlərdə Ukraynanın Donbas bölgəsindəki münaqişənin artacağını gözlədiklərini də vurğulayıb.

//Gülnarə Abasova, Editor.az