Rusiyaya qarşı sanksiyalarda maraqlı olan ölkələr hansılardır?-Politoloqdan AÇIQLAMAbackend

Rusiyaya qarşı sanksiyalarda maraqlı olan ölkələr hansılardır?-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baltikyanı ölkələr Avropa Komissiyasına səkkizinci antiRusiya sanksiyalar paketi ilə bağlı konkret təkliflər hazırlayıb. Bu sanksiyalar enerji, ticarət və SWIFT sisteminə aiddir.

“Biz, səkkizinci sanksiya paketinin tez bir zamanda qəbul edilməsini istəyirik. Biz artıq bu məsələ ilə bağlı Komissiyaya konkret təkliflər vermişik. Söhbət enerji, ticarət, SWIFT sistemində gələcək məhdudiyyətlərdən gedir. Eləcə də daha çox şəxsi və təşkilatı sanksiyalar siyahısına əlavə etməklə bağlı təkliflər var”, -deyə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.

Rusiyaya qarşı bir neçə dəfə sanksiyaların tətbiq olunmasında maraqlı olan dövlətlər istəklərinə nail ola biləcəkmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Polşa və Baltikyanı ölkələr Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsində maraqlı olan ölkələr kimi çıxış edirlər:

“Rusiyaya qarşı sərt mövqeni Ukrayna hadisələrində və ondan əvvəlki dövrdə də həmin bu ölkələr nümayiş etdirmişdilər. İndiki halda enerji, SWIFT, ticarət sisteminə qarşı sanksiyalar onsuz da Rusiyaya tədbiq edilib. Amma bu ümumi sistem xarakteri daşımır. Ayrı-ayrı istiqamətlərdə bu özünü göstərir. Tamamilə bu sanksiyaların edilməsi ilə bağlı məlumat yoxdur.  Sanksiyalar sərtləşməli və davamlı olmalıdır. Baltikyanı dövlətlərin də siyasəti bundan ibarətdir. Bu, həm dünyaya, həm də Rusiyaya ciddi şəkildə təsir edir. Dünyada qida, ərzaq artımı, qida təhlükəsizliyinə ciddi zərbə vurulması da Rusiya-Ukrayna arasında yaşanan hadisələrdən qaynaqlanır. Müharibə davam edir və buna görə də sanksiyalar da davam edəcək”.

//Safura Bənnayeva, Editor.az