Rusiya Federasiyasına qarşı sanksiyaların “memarı” kimi tanınan amerikalı iqtisadçı Dalip Sinq Ağ Evdəki vəzifəsinə qayıdır.
Editor.az bu barədə “Axios”a istinadla məlumat yayıb. Sinqh 2021-ci ilin fevralından 2022-ci ilin iyununa qədər Prezidentin Beynəlxalq İqtisadi Məsələlər üzrə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışıb. O, ailəvi səbəblərə görə işdən çıxıb. Sinqi müvəqqəti olaraq əvəzləyən Mayk Pyl fevralın sonunda vəzifəsini tərk edəcək.
Portalın məlumatına görə, iqtisadçının müvafiq olaraq 2024-cü ilin iyun və noyabr aylarında baş tutacaq G7 və G20 sammitlərində Amerikanın mövqeyini əlaqələndirməyə kömək etməyə davam edəcəyi gözlənilir.
//Gülnarə Abasova, Editor.az

