Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün şərtlər açıqlanıbbackend

Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün şərtlər açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması Ukraynada atəşkəslə bağlı olacaq.

Editor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

“Qan tökülənə qədər heç bir müzakirə, qərar, razılaşma olmayacaq”, – o vurğulayıb.

Qeyd edək ki, Donald Tramp sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinin müddətini bir il uzatmaqdan bir gün əvvəl sərəncam imzalayıb. Söhbət 14024 saylı fərmandan gedir. Sənəd 15 aprel 2021-ci ildə qəbul edilib.

//Gülnarə Abasova, Editor.az