Avropa Birliyinin müdafiə nazirləri Rusiyaya zərbələr endirmək üçün Qərb silahlarından istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etməyə başlayıblar.
Editor.az axar.az-a istinadən bildirir ki, rusiyalı hərbi ekspert İqor Korotçenko Rusiyaya Qərb silahları ilə zərbə endirməyə razı olam və olmayan bəzi AB ölkələrini bu cür sıralayıb:
Leyinə olanlar:
– Hollandiya heç vaxt Ukraynanın Rusiyanı vurmalı olacağını istisna etməyib;
– Latviya Ukraynanın onlardan imtina etməsi üçün heç bir səbəb görmür;
– İsveç hesab edir ki, Ukraynanın özünümüdafiə hüququ Rusiya ərazisinə zərbə endirmək hüququnu nəzərdə tutur;
– Polşa Ukrayna hərbi qüvvələrinin Rusiya ərazisinə zərbə endirməsinə qarşı deyil.
Əleyhinə olanlar:
– İtaliya hesab edir ki, Kiyev üçün Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından söhbət gedə bilməz;
– Almaniya Qərb silahlarının Rusiya Federasiyası ərazisindəki hərbi hədəflərə, o cümlədən artilleriya və yanacaq anbarlarına hücumlarına qarşıdır;
– İspaniya hesab edir ki, Kiyevin Rusiya Federasiyasına qarşı hücumlar üçün NATO silahlarından istifadə etmək iradəsi və niyyəti yoxdur.

