Ruslar 20 gün sonra Qarabağda bu əraziləri tərk edəcəkbackend

Ruslar 20 gün sonra Qarabağda bu əraziləri tərk edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın şəhəri və Zabuxdan yaşayan ermənilərə avqustun 25-nə qədər ərazini tərk etməyi deyən separatçıların qondarma “naziri” Ayk Hanumyan onu ittiham edənlərə cavab verib.

Publika.az separatçıların çarəsizliyini ispatlayan bu cavabı təqdim edir.

“2020-ci ilin dekabr ayından Rusiya sülhməramlılarının nəzarətinə keçib. Avqustun 25-dən etibarən rus qoşunları bu əraziləri tərk edəcəklər. Necə edək, əhalini köçürməyək?” – deyə separatçı bildirib.

Qeyd edək ki, Laçın dəhlizi alternativ marşruta köçürüldükdən sonra ermənilərin qaldığı Laçın şəhərinin mərkəzi, Zabux kəndi və hazırda dəhlizin keçdiyi digər ərazilər Azərbaycana təhvil veriləcək. Erməni əhali isə özlərinin olmadığı evləri tərk etmək istəmir.