Ruslar aeroport və dəmiryolu vağzallarında biznes-zallara buraxılmayacaqbackend

Ruslar aeroport və dəmiryolu vağzallarında biznes-zallara buraxılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 11-dən 12-nə keçən gecədən başlayaraq ruslar hava limanlarında və dəmiryol vağzallarında biznes salonlara girişdən məhrum olacaqlar.

Bu barədə Editor.az “Lenta.ru”-ya istinadən xəbər verir. Xəbərə görə, Priority Pass və LoungeKey proqramlarının operatoru olan Collinson Group Rusiyadakı fəaliyyətlərinə xitam verdiklərini elan edib.

Məhdudiyyətlər çərçivəsində rusların Priority Pass və LoungeKey proqramlarına üzvlüyü də dayandırılacaq.
Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverevin sözlərinə görə, aviasiya sektorunda sanksiyaların nəticələrini bərabərləşdirmək üçün qanunvericiliyə təklif edilən dəyişikliklər ölkə üzrə uçuşların təhlükəsizliyinin azalmasına səbəb olmayacaq.

//Editor.az