Ukrayna Silahlı Qüvvələri son sutka ərzində düşmənin komanda məntəqəsini və on hava hədəfini məhv edib.
Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir.
Xəbərə görə, “Ukrayna ordusu gün ərzində Rusiya Federasiyası silahlı qüvvələrinin Şərq Hərbi Dairəsinin 35-ci birləşmiş silahlı ordusunun komanda məntəqəsini və dayaq hissələrini məhv ediblər. Düşmənin itkiləri dəqiqləşdirilir.
Bundan əlavə, ötən gün Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri və Quru Qoşunlarının hava hücumundan müdafiəsi düşmənin iki Su-34 qırıcı-bombardmançı, üç Su-34SM qırıcısı, üç helikopter və əməliyyat-taktiki İHA-ı məhv edib .
Düşürülən daha bir təyyarənin növü və pilotların taleyi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Quru əməliyyatı keçirməyə müvəffəq olmayan düşmən Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.
Bundan başqa onlar informasiya məkanında kiberhücumlar həyata keçirir, televiziya və radio siqnallarının təkrarlayıcılarını sıradan çıxarırlar.
Editor.az

