Rusiya işğalçıları Ukraynanın şərqində aktiv hücum əməliyyatlarına keçiblər. Onlar öz qüvvələrini səfərbər ediblər və çətin ki, dayansınlar.
Editor.az bilirir ki, bu barədə Telegram-da Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadasının komandirinin müavini Maksim Jorin məlumat verib. “Ruslar indi daha aktiv hücum hərəkətlərinə keçiblər, xüsusən də şərqdə.
Bu, bizim üçün sürpriz deyil – onlar bütün bu müddət ərzində öz qüvvələrini toplayıblar və indi də bunu davam etdirirlər”, – o qeyd edib. Jorinin sözlərinə görə, Avdeyevski, Kupyanski və Baxmutski istiqamətlərində vəziyyətin kəskinləşməsini gözləmək lazımdır.
Digər istiqamətlərdə də həmçinin. Anlamaq lazımdır ki, düşmən heç bir ayrı-ayrı hədəflərdə – şəhərlərdə, küçələrdə dayanmaq niyyətində deyil.
O, bacardığı qədər hücum edəcək, çünki onun əsas məqsədi bütün Ukraynanı məhv etməkdir”, – komandir vurğulayıb. Jorin hesab edir ki, ukraynanın düşmən üçün kifayət qədər aralıq hədəflərin ola biləcəyi fikrinə aldanması çox təhlükəlidir.
//Samir Qurbanov, Editor.az

