Ruslar Avropadakı daşınmaz əmlakını da itirə bilərlər.
Editor.az xəbər verir ki, bu barədə “Intermark Real Estate”nin tərəfdaşı İrina Moşeva bildirib.
Onun sözlərinə görə, Litva və Latviyadakı ev sahibləri bu problemlə daha çox üzləşə bilərlər, çünki hakimiyyət orqanları rusların bu ölkələrə girişini məhdudlaşdırıb və bir sıra digər tədbirlər həyata keçirib: “Məsələn, Riqa ruslar üçün yaşayış icazəsinin müddətini uzatmayacaq. Bundan əlavə, Rusiya bank kartlarından xaricdə istifadə edilə bilməz”.
Moşeva qeyd edib ki, Rusiya Federasiyası vətəndaşları Türkiyə, Ermənistan və Qazaxıstanın banklarında kart çıxarmağa məcburdurlar. Bundan əlavə, bəzi əmlak sahibləri kommunal xərcləri ödəmək üçün idarəetmə şirkətləri ilə müqavilələr bağlayırlar.
Buna görə də ruslar vətəndaşlıq almaq yolu ilə ikinci pasport almaq imkanını nəzərdən keçirirlər. Ən populyar belə ölkələr arasında Vanuatu, Monteneqro, Qrenada və Türkiyədir.
“Golden Brown Group”un baş direktoru Tatyana Burlakovskaya isə bildirib ki, ruslar üçün daşınmaz əmlakı itirmək riskləri Fransa, İtaliya və İspaniyada da mövcuddur.
“Tweed”in baş direktoru İrina Mogilatova Polşa, Çexiya və Bolqarıstanda daşınmaz əmlakla bağlı problemlərə işarə edib. O, hesab edir ki, tezliklə sahibkarlar bu mülkləri çox ucuz qiymətə satılmalı olacaqlar.
//Samir, Editor.az

