Sentyabrın 12-nə keçən gecə rusların ayın əvvəlindən bəri Kiyevə yeddinci hava hücumu həyata keçirilib.
Editor.az bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası Telegram-da məlumat yayıb.
Düşmən əvvəlcə “Şahed” tipli hücum PUA-larından istifadə edibb. Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, gecə saatlarında ballistik raketlərin tətbiqi ilə bağlı təhdidlər elan edilib, lakin istifadə olunmayıb. Paytaxtda gecə ərzində üç dəfə hava hücumu xəbərdarlığı elan edilib və ümumilikdə iki saata yaxın davam edib.
Rusiyanın pilotsuz hücum təyyarələri bir neçə dəfə müxtəlif istiqamətlərdən bir-bir Kiyevə doğru uçub. Bununla belə, Kiyev Şəhər Dövlət Administrasiyası vurğulayır ki, bir dənə də olsun təyyarə Kiyevə çatmayıb. Hava hücumundan müdafiə qüvvələri və vasitələri onların hamıını paytaxta yaxınlaşarkən vurub. Əməliyyat hesabatına görə, Kiyevdə ilkin məlumata görə, tələfat və dağıntı yoxdur.
//Samir Qurbanov Editor.az