Ruslar Belqorod vilayətində güclü hərbi mərkəz yaradıblarbackend

Ruslar Belqorod vilayətində güclü hərbi mərkəz yaradıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Belqorod vilayətində güclü hərbi mərkəz yaradıblar və ola bilsin ki, Ukrayna mövqelərinə hücum zamanı ondan istifadə edilə bilər.

Editor.az bildirir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, 2014-2017-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri olmuş Vladislav Seleznev informasiya telemarafonunun efirində bildirib. Onun sözlərinə görə, ruslar şəxsi resursların ötürülməsini tez həyata keçirə bilər, lakin hərbi texnika və resursların toplanması müəyyən vaxt tələb edir: “İndi Belqorod vilayətində güclü hərbi-texniki qovşaq yaradılıb və eyni texniki ehtiyatlar toplanıb.

Bu qovşaq döyüş xəttindən kifayət qədər uzaqda yerləşir. Ona görə də ukraynalı artilleriyaçılar onu vura bilmirlər”, – ekspert bildirib. Seleznev qeyd edib ki, düşmən Dnepr sahilinin sol tərəfini ilhaq etmək cəhdlərindən əl çəkmir. Onun fikrincə, Belqorod vilayətində toplanmış resurslar onu göstərir ki, hava şəraiti imkan verən kimi ruslar yenidən Ukrayna xətlərinə və mövqelərinə hücum etməyə çalışacaqlar.

  //Samir Qurbanov,Editor.az