Belqorod vilayətində ruslar ümumi və xüsusi məqsədlər üçün istehkamlar tikir və öz hidrotexniki qurğularını qazırlar.
“Bu, gələcək üçün “ehtiyat tədbiri” kimi qiymətləndirilə bilər. Məsələn, vəziyyət kəskin şəkildə dəyişərsə, ruslar Ukrayna Müdafiə Qüvvələrinin irəliləyişini ləngitmək üçün bəndləri partlatmalı olacaqlar”, – Xarkov əməliyyat-taktiki qrupunun nümayəndəsi Vitali Sarantsev deyib.
Onun sözlərinə görə, güman etmək olar ki, Kreml Ukraynanı günahlandırmaq üçün hidrotexniki qurğularda növbəti təxribatlar hazırlaya bilər. Natiq izah edib, belə hərəkətlərdən Kreml əhalini səfərbər etmək və diqqəti daxili problemlərdən yayındırmaq üçün istifadə edə bilər. Sarantsev əlavə edib ki, bəndlərin zədələnməsi irimiqyaslı daşqınlara, məskunlaşmış ərazilərin su altında qalmasına və ekoloji fəlakətə səbəb ola bilər.
//Samir Qurbanov, Editor.az