Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, rus işğalçıları Lvov vilayəti Yavorovki rayonu, Stariçi kəndində yerləşən Beynəlxalq Sülhün Müdafiəsi və
Təhlükəsizlik Mərkəzinə hava zərbələri endiriblər. İlkin məlumatlara görə, ümumilikdə 8 raket atılıb. Dağıntı və zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Lvov meri Andriy Sadovoy məlumatı təsdiqləyib və atəş açılan yerlərdən foto və videolar dərc etməməyə çağırıb.
Editor.az

