Aprelin 16-da axşam saatlarında rus qoşunları Dnepr şəhərinə pilotsuz təyyarə ilə hücum edib. Nəticədə bir gənc qız həlak olub, evlərə ziyan dəyib.
Editor.az bildirir ki, bu barədə Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının sədri Sergey Lısak məlumat verib. Gecə saat 1-ə olan məlumata görə, zərərçəkənlərin sayı 28-ə çatıb, onlardan dördü uşaqdır. Bu məlumatı şəhər meri Boris Filatov verib. Ən azı 15 evə ziyan dəyib.
Onların arasında tələbə yataqxanaları, təhsil müəssisələri və qida emalı zavodları da var. Düşmən hücumlarının nəticələrinin aradan qaldırılması şəhərin müxtəlif ərazilərində davam etdirilir.
//Samir Qurbanov, Editor.az